Əfqanıstanın cənubunda Zabul əyalətinin Kalat bölgəsində güclü partlayış baş verib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə Milli Təhlükəsizlik İdarəsinin qarşısında olub.
Partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 85 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb.
“Taliban” ardıcıl partlayışların törədilməsini Əfqanıstanda sentyabrın sonlarına planlaşdırılan prezident seçkilərini pozmaq məqsədi daşıdığı açıqlayıb.
Qeyd edək ki, iki gün əvvəl Kabildə və Pərvan əyalətində partlayışlar nəticəsində ümumilikdə 48 nəfər ölüb, 80 nəfər yaralanmışdı.