Əfqanıstanda keçirilmiş xüsusi əməliyyat çərçivəsində İŞİD terror qruplaşmasının azı 70 üzvü zərərsizləşdirilib.
ONA-nın məlumatına görə, bu barədə “Khaama Press” məlumat yayıb.
Əməliyyat zamanı terrorçulara məxsus silah anbarı da məhv edilib.
Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərində iki partlayış törədilib. Partlayışlar yolda quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində baş verib.
Bundan sonra ölkənin antiterror qüvvələri əməliyyata başlayıb.