Əfqanıstanın Qazni əyalətində avtomobilin partladılması nəticəsində azı 8 polis əməkdaşı öldürülüb, daha 9 nəfəri yaralanıb.
ONA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.
Bildirilir ki, avtomobildə kamikadze olub. O, avtomobili bilərəkdən polislərin olduğu ərazidə partladıb.