• DÜNYA

    10:05 7 iyul 2019

Əfqanıstanda partlayış törədilib, 12 nəfər ölüb

Əfqanıstanın Qazni şəhərində partlayış törədilib.

ONA-nın “Pajvak” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin partlayıcı yüklü maşınla törətdiyi partlayış nəticəsində ən azı 12 nəfər ölüb, 43 nəfər yaralanıb.

Ölənlərdən 8-i polis əməkdaşı, 4-ü mülki şəxsdir.

"Taliban" partlayışa görə məsuliyyəti üzərinə götürüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR