• DÜNYA

    23:06 28 sentyabr 2019

Əfqanıstanda səsvermə başa çatıb

Əfqanıstanda prezident seçkilərilə bağlı 4500 seçki məntəqəsi üzrə səsvermə başa çatıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının məlumatında bildirilib.

Bildirilib ki, seçkinin nəticələrin 3 həftədən sonra açıqlanacaq.

Qeyd edək ki,qeydiyyata alınan 9 milyon 600 min seçicinin iştirak etdiyi səsvermədə 15 nəfər prezidentliyə namizədliyini vermişdi.

Xatırladaq ki, 2001-ci ildə Taliban devrildikdən sonra ölkədə dördüncü dəfə prezident seçkiləri keçirilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR