• DÜNYA

    12:45 30 mart 2019

Əfqanıstanda "Taliban”nın hücumu nəticəsində 9 polis ölüb

Əfqanıstanın cənubunda Zabul vilayətində “Taliban” terrorçularının nəzarət-buraxılış məntəqəsinə etdiyi hücum nəticəsində 9 polis əməkdaşı həyatını itirib.

ONA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hökümət rəsmilərinə istinadən xəbər yayıb. Zabul vilayət şurasının rəhbəri Ata Can Hakbayanın sözlərinə görə, hücum səhər radələrində həyata keçirilib və terroçular gizlənməyə nail olub.

Bildirilir ki, hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürərək, 8 polis əməkdaşının öldürüldüyünü və birinin əsir götürüldüyünü açıqlayıb. Açıqlamada həmçinin qeyd edilir ki, hücumda 7 “Taliban” üzvü iştirak edib.

Vilayət polisindən hadisə ilə bağlı rəsmi açıqlama gəlməyib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR