Əfqanıstan xüsusi qüvvələri İŞİD qruplaşmasının rəhbər şəxslərindən birini məhv edib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Khaama Press” agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, İŞİD lideri Mufti Özbək Əfqanıstanın şimalında və Mərkəzi Asiyada terror hücumlarına rəhbərlik edirmiş. Bundan başqa, o, terrorçuların təchizatını və maliyyə əməliyyatlarını da həyata keçirirmiş.
Özbəklə yanaşı, Baqlan əyalətində azı 3 terrorçu da öldürülüb. Xüsusi qüvvələr terrorçulara məxsus silah və sursat götürüb.