• DÜNYA

    04:12 21 noyabr 2019

Əfqanıstanlı politoloq Rusiyanın Kabildəki səfirliyi yaxınlığında öldürülüb

Əfqanıstanlı politoloq Vahid Mojdah Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi bildirib.

“Gecə saat 5 radələrində politoloq Vahid Mojdah Kabildəki Rusiya səfirliyi yaxınlığında öldürüldü. Polis araşdırma aparır”, - agentliyin mənbəyi bildirib.

“Tolo News” telekanalının məlumatına görə, siyasətçi yaxınlıqdan motosikletlə keçən iki naməlum şəxs tərəfindən güllələnib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR