Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib.
APA-nın Türkiyənin "Sözçü" qəzetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı sabiq Baş Nazir bəyanat yayıb.
Ə. Davudoğlu ilə bərabər, bir neçə sabiq millət vəkili - Səlcuq Özdağ, Ayxan Səfər Üstün və Abdullah Başçı, habelə AKP-nın İstanul təşkilatının sabiq sədri Səlim Temurci də partiya üzvlüyündən istefa veriblər.
Xatırladaq ki, bir müddət əvvəl sabiq Xarici İşlər naziri Əli Babacan da AKP-dən istefa verib.