“İlkin nəticələr onu göstərir ki, Gürcü Arzusu partiyası illərdir etdiyi şeyi təkrarlayıb. Bu partiya demokratiyanı Marniulidə dəfn edib”.
ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bunu Marneulidə keçirilən mer seçkilərində Avropalı Gürcüstan partiyasının namizədi Əhməd İmamquliyev deyib.
O bildirib ki, Marneulidə keçirilən seçkilərdə insanların səsləri oğurlanıb.
“Mən Zaur Darğallını təbrik etmirəm. İnsanların səsləri oğurlanıb. Amma biz bu insanlarla demokratiya uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik”, - deyə Əhməd İmamquliyev vurğulayıb.
Qeyd edək ki, səslərin sayıldığı bir vaxtda Marneulidə elektrik təchizatında problem yaranıb. Yerli sakinlər bunu seçkiyə müdaxilə məqsədi ilə qəsdən edildiyini iddia ediblər.