• DÜNYA

    22:19 23 iyun 2019

Əkrəm İmamoğlu Ərdoğana müraciət edib: “İstanbul üçün Sizinlə birgə işləməyə hazıram”

İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə təkrar seçkinin ilkin nəticələri açıqlandıqdan sonra böyük səs üstünlüyü ilə öndə olan namizəd Əkrəm İmamoğlu çıxış edib.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, Əkrəm İmamoğlu təşəkkürlərlə dolu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib. Bildirib ki, 16 milyon əhalisi olan İstanbulun hazırkı vəziyyəti ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağa hazırdır: “Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanduldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi vəzifəsinə təkrar seçkilər bu gün yerli vaxtla saat 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arasında baş tutub. Seçkinin 99 faiz nəticələri açıqlanıb, böyük səs üstünlüyü ilə Əkrəm İmamoğlu irəlidədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR