Bir sıra ölkələrdə insanların “İnstagram” sosial şəbəkəsinə daxil olmasında problemlər yaşayınıb.
ONA-nın sputniknews-a istinadən verdiyi məlumata görə, problem axşam saat 20:00 radələrində özünü büruzə verib.
ABŞ, Böyük Britaniya, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya və digər ölkələrdən olan istifadəçilər sözügedən şəbəkədə özlərinə məxsus profillərə daxil ola bilməyiblər.
“Downdetector veb” səhifəsinin məlumatına görə, yaşanan “böhran”ın miqyası ümumilikdə 53 faiz “İnstagram” istifadəçisini əhatə edib.