Bu gün Ekvador sahillərində 6,2 maqnitudalı zəlzələ olub.
ONA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 07.04 radələrində baş verən zəlzələnin ocağı Santa-Yelena şəhərindən 27 km şimalda, 18,5 km dərinlikdə yerləşir.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.