Ekvadorda yanacaq subsidiyalarının ləğvi tələbilə keçirilən etiraz aksiyalarında son 12 nəfər ölüb, 1340 nəfər xəsarət alıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ekvador Ombudsman Aparatının hesabatında bildirilib.
Qeyd edilib ki, oktyabrın 13-dən etibarən iğtişaşlar zamanı 1592 nəfər polis tərəfindən saxlanılıb. Hesabatda bildirilib ki, bunların 76 faizi əsassız və qanunsuz həbslərdir.
Eyni zamanda qeyd edilib ki, nümayişlərdə 8 nəfər gözlərini itirib.
Ökənin hüquq müdafiəçiləri bu göstəricilərin cinayət əməli olduğunu vurğulayıblar: “Baş Prokurorluq qanunu pozanları cəzalandırmalıdır”.