• DÜNYA

    04:43 5 aprel 2021

Ekvadorda kikboksçu döyüş zamanı aldığı zərbədən dünyasını dəyişib

Ekvadorda kikboksinq üzrə keçirilən turnirdəki döyüşlərdən biri faciəvi şəkildə sona çatıb.

APA Life.ru-ya istinadən xəbər verir ki, 25 yaşlı kikboksçu Yoel Kahuskaj döyüş zamanı rəqibindən aldığı zərbədən dünyasını dəyişib.

Başının arxasına endirilən zərbədən idmançı nokauta düşüb. İlk tibbi yardım göstərilsə də, özünə gəlməyib.

Gənc idmançı reanimasiya şöbəsinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR