Əlcəzair prezidenti Əbdüləziz Buteflika vəzifəsindən istefa verdiyini elan edib.
ONA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, "Algérie presse service" agentliyi məlumat yayıb.
"Prezident Əbdüləziz Buteflika dövlət başçısı kimi səlahiyyətlərinin dayandırılması haqqında qərarını Konstitusiya şurasının rəhbərinə rəsmən bildirib", - deyə agentlik xəbər verib.
Yaxın saatlarda Buteflikanın istefa qərarı ilə bağlı Konstitusiya şurasının iclası gözlənilir. Qanunvericiliyə əsasən, prezidentin səlahiyyətlərini üç ay müddətinə şuranın spikeri Əbdülqadir Bensaleh icra edəcək. Bu müddətdə isə ölkədə yeni prezident seçkiləri keçiriləcək.