• DÜNYA

    04:55 23 aprel 2019

Əlcəzairdə artıq 32 namizəd prezidentlik postu üçün müraciət edib

4 iyul tarixində Əlcəzairdə keçirilməsi nəzərdə tutulmuş prezident seçkilərində iştirak etmək üçün 30-dan çox namizəd müraciət edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Algeria Press Service” agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda daxili işlər, yerli özünüidarə və ölkə ərazisinin qurulması nazirliyinə seçkilərdə iştirakla bağlı 32 məktub daxil olub. Məlumata görə, müraciət edən 32 nəfərin hamısı müstəqil namizədlərdir.

Yeni prezidentin seçilməsinə qədər ölkəni müvəqqəti prezident – 77 yaşlı Abdulqadir Bensaleh idarə edəcək. Qanunvericiliyə əsasən, o, prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürə bilməz.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR