Əlcəzairdə etiraz aksiyaları zamanı 63 nəfər xəsarət alıb, 45 nəfər isə saxlanılıb.
ONA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə rəsmi məlumatı polis verib.
Məlumata görə, xəsarət alanların 56 nəfəri hüquq mühafizə orqanlarının əməkdaşı olub, 7 nəfəri isə mülki şəxsdir. Vandalizmə və dövlət əmlakına hücuma görə 45 nəfər saxlanılıb.
Polisin verdiyi açıqlamaya görə, etirazçıların əksəriyyəti psixotrop və narkotik maddələrin təsiri altında olublar.