Əli Laricani yenidən İran Məclisinin sədri seçilib.
ONA-nın ICANA agentliyinə istinadən verdiyi məlumata görə, açıq səsvermə zamanı Ə. Laricani 274 deputatdan 155-nin dəstəyini alıb.
Bu posta iddia edən digər namizədlərdən Məhəmməd Reza Aref 105, Məhəmməd Cavad Abtaxi 9 səs alıb.
Qeyd edək ki, Ə. Laricani 2008-ci ildən parlamentin sədri postunu tutur.