Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri
  • DÜNYA

  • 08:25 22 Avqust 2019

Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri

 

 

İngiltərə mediası turistlərin ən çox qida zəhərlənməsi hallarının müşahidə olunduğu ən pis istirahət mərkəzlərinin adlarını açıqlayıb.


APA “Daily Mail”ə istinadla xəbər verir ki, siyahıya Misirin məşhur Hurqad şəhəri başçılıq edir. 

“Sick Holiday” araşdırma şirkətinin və “YorkTest” laboratoriyasının araşdırmalarına görə, 2017-ci ilin əvvəlindən bu yana Hurqadda 380 turist qida zəhərlənməsilə üzləşib. 

Anti-reytinqin növbəti pilləsində Dominikan Respublikasındakı “Punta-Kana” qərarlaşıb. Orada isə 211 nəfər zəhərlənib.

İlk üçlüyə məşhur “Playa-del Karmen” istirahət guşəsinin daxil olduğu Meksikadakı Riviera-Maya sahilləri daxildir. Burada 182 nəfərdə xəstələnmə qeydə alınıb.

İlk onluqda Türkiyənin Antalya, Meksikanın Kankun, Kabo-VerderBoa-Vişta, Sal adaları, Mərakeşin “Marokkan”, İspaniyanın “Mayorka” və “Benidorm” istirahət mərkəzləri yer alır.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR