Dünyanın ən varlı qadınlarından biri, “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş xanımı Makkenzi öz sərvətinin yarısını xeyriyyə məqsədlərinə sərf etmək niyyətindədir.
ONA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Makkenzi bu barədə danışarkən bildirib ki, “onun xeyriyyəçiliyə və gələcəyə yanaşma tərzi mənalı olacaq”.
“Mənim sayagəlməz dərəcədə çoxlu pulum var və onu bölüşə bilərəm”, - deyə “Bloomberg” onun sözlərindən sitat gətirib.
Qeyd edək ki, C.Bezosla boşandıqdan sonra Makkenzi “Amazon”un 75%-ni keçmiş ərinə güzəştə gedərək, 25% səhmlə kifayətlənməli olub. Onun sərvətinin hazırda 37 milyard dollar olduğu deyilir.