Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna Çarlığı dövrünə aid 3 minillik yaşı olan qədəh nümayiş etdiriləcək.
ONA xəbər verir ki, bu barədə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi məlumat verib.
O qeyd edib ki, Muzeylər Həftəsi çərçivəsində Ərdəbildə Şeyx Səfiyyədin Kompleksinə aid bir neçə nəfis əsər, əhali tərəfindən hədiyyə edilən tarixi-mədəni əşyalar və ötən il ərzində tapılan bir neçə tarixi əsər də sərgilənəcək.
Qeyd edək ki, sözügedən gümüş qədəh daha 400 tarixi əşya ilə birlikdə Cənubi Azərbaycanın Xalxal şəhərində tapılıb.