• DÜNYA

    23:59 18 may 2019

Ərdoğan 19 May Milli Mübarizə günü ilə bağlı gəncləri təbrik edib

İstək və gözləntilərinizi, xəyallarınızı gerçəkləşdirmək üçün mənsubu olmaqdan qürur duyacağınız bir gələcək qurmaq üçün sizi dinləməyə hazırıq. Haydı əl-ələ, könül-könülə verək, ölkəmizi daha irəli aparaq.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü anma, Gənclik və İdman bayramının 100 illiyi münasibətilə Türkiyə gəncliyinə belə müraciət edib.

"Yaşasın azad, müstəqil və güclü Türkiyə!” ifadələrilə türk gəncliyini təbrik edən prezident 19 may tarixinin əhəmiyyətinən də söz açıb:

“Əziz türk gəncliyi, Türkiyənin təminatı sizdən asılıdır. 19 may 100 il öncə Mustafa Kamal Atatürkün Samsuna çıxaraq milli mübarizəmizi başlatdığı gündür. İşğalçı qüvvələri torpaqlarımızdan təmizləmək üçün milli iradənin, birlik və bərabərlik ruhunun, güclü bir inancın oyanış günüdür. 19 may bu millətin yenidən dirilişidir. Mustafa Kamal Atatürk bu ölkəni və bu ölkənin gələcəyini sizlərə əmanət etdi. İndiki sürətli dəyişim dövründə sənayedə, texnologiyada və sənətdə hamımızın sizə ehtiyacı var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR