Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə telefonla danışıb.
APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə əlaqlər şöbəsinə istinadən verdiyi xəbərə görə, telefon söhbətində Şərqi Aralıq dənizindəki vəziyyət və Avropa İttifaqı ilə Türkiyə əlaqələri müzakirə olunub.
Ərdoğan Aİ təşkilatlarını və təşkilata üzv ölkələrini Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı ədalətli, tərəfsiz və obyektiv olmağa çağırıb.