• DÜNYA

    18:03 9 may 2019

Ərdoğan: “Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var”

"Avropa İttifaqının Türkiyəyə ehtiyacı Türkiyənin Aİ-yə ehtiyacından daha çoxdur”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may Avropa Günü ilə əlaqədar Aİ-nin İslahat Fəaliyyət Qrupunun Türkiyədəki altıncı toplantısında deyib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin tam üzv olaraq yer almadığı bu təşkilatın qurucu dəyərləri təmsil etmə ideyasının hələ də təmin olunmadığını bildirib: “Terrorla mübarizədə quruma üzv ölkələr də, təşkilatın digər institutları da bizimlə həmrəy olmadılar. Aİ-də terror təşkilatlarına qarşı mübarizəmizə göz yumdular. Biz Aİ standartlarına uyğunlaşma addımlarını vətəndaşlarımızın rifahı naminə atırıq. Viza rejiminin ləğvi ilə bağlı Aİ-nin 72 tələbindən 66-nı təmin etmişik. Qısa zamanda digər 6 tələb də öz həllini tapacaq. Bundan sonra Aİ-nin vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR