Ərdoğan: “Almaniya, Fransa, Rusiya ilə birgə dörtərəfli görüşümüz gözlənilir”
  • DÜNYA

  • 01:51 14 Sentyabr 2019

Ərdoğan: “Almaniya, Fransa, Rusiya ilə birgə dörtərəfli görüşümüz gözlənilir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bazar ertəsi günü Ankaranın Çankaya rayonunda Rusiya və İranla İdlib mövzusunda zirvə toplantısı olacaq.

APA-nın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, bunu Ərdoğan “Reuters”in suallarını cavablandırarkən deyib. Prezident daha çox Suriya mövzusundan bəhs edib.

O bildirib ki, ikitərəfli və üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək və hər üç ölkənin başçısı məsələ ilə bağlı verilən qərarları açıqlayacaqlar: “Bu zirvədən gözləntimiz ilk növbədə bölgədəki köçə son qoymaq, ikincisi atəşkəsi təmin etmək, üçüncüsü terror təşkilatlarını ciddi şəkildə nəzarət altında saxlamaqdır. Dinc vətəndaşlara hücum ölkəmizə qaçqın axını və siyasi həll müddətinin iflasa uğraması deməkdir”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, hazırda Türkiyənin İdlibdəki müşahidə nöqtələrini dəyişməsinin müzakirəsi belə qəbulolunmazdır: “Rejim müşahidə nöqtələrimizdə hər hansı bir hücum edərsə, o zaman biz indiki davranışda olduğumuz kimi sakit dura bilmərik, iş çox təhlükəli bir yön alar”.

Oktyabr ayında Rusiya, Almaniya və Fransa ilə birgə dördtərəfli zirvə toplantısının da Türkiyədə keçirilməsini istisna etməyən prezident bu toplantıda da əsas mövzunun İdlib olacağını deyib: “İdlib və qaçqınlar mövzusuna görə toplanacağıq. Təəssüf ki, təhlükəsiz bölgə məsələsi gözləntilərimizə doğru cavab vermir”.

Rusyanın Türkiyəyə "SU-35" və "SU-57" döyüş təyyarələrini təklif etdiyini deyən prezident ölkəsinin müdafiə sistemini möhkəmləndirmək əzmində qərarlı olduğunu deyib: “Rusiya  bu mövzuda bizim arxamızda olduğunu deyir. Biz "F-35" mövzusu ilə bağlı Trampla ABŞ-da BMT zirvə toplantısında bir daha danışacağıq. Mənim fikrimcə, ABŞ müttəfiqi olan Türkiyəni daha incitmək niyyətində deyil. Sərmayələr mövzusunda Trampla bir-birimizə etibarımız var.

Tramp ilə “Patriot" almaq mövzusunda da telefonla danışdıq. "S-400"-lərə eyni şərtlər daxilində, ortaq istehsal tələbimizə uyğun razılaşarlarsa, biz “Patriot” ala bilərik. “Patriot” mövzusunda maneələr yarandığı üşün “S-400”-ləri necə seçdiksə, “F-35”-lərdə də qarşımızı kəsəcəkləri halda uyğun ortaq istehsal şərtləriylə hansı ölkə razılaşarsa, onlarla da əməkdaşlıq edərik. Bu, Rusiya da ola bilər, Çin də”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR