• DÜNYA

    11:26 8 may 2022

Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in Azərbaycan mərhələsini ziyarət etmək üçün 26-29 may tarixlərində Bakıya səfər edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR