Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüş keçirəcək.
APA-nın xəbərinə görə, bu, bu gün Avropa İttifaqı Şurasının yaydığı məlumatda əksini tapıb.
R. T. Ərdoğan martın 9-da Ursula von der Leyen və Şarl Mişel ilə görüşdə Avropa İttifaqı və Türkiyə münasibətlərini və Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcək.
Saat 13:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Brüsselə səfər gedəcək.
APA-nın Türkiyə bürosunun məlumatına görə, səfər çərçivəsində Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək.
Görüşdə Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş, Gömrük Birliyi anlaşmasının yenilənməsi, qaçqınlar, Suriyanın şimalında təhlükəsiz şəhərin qurulması barədə mövzuların müzakirə ediləcəyi gözlənir.