• DÜNYA

    01:15 13 aprel 2020

Ərdoğan Daxili İşlər nazirinin istefa ərizəsini qəbul etməyib

“15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin Daxili İşlər Nazirliyinə gətirilən Süleyman Soylu bu günə qədər bacarıqlı fəaliyyətilə millətimizin sevgisini qazanıb. Prezidentimiz Süleyman Soylunun istefa tələbini qəbul etməyib”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada belə bildirlib.

Açıqlamada qeyd edilib ki, terrorla mübarizə başda olmaqla bütün aidiyyəti sahələrdə uğurlar qazanan Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul etməyib.

Qeyd edək ki, Türkiyə Prezidenti üçüncü dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR