İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz də İŞİD liderinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub.
Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.