• DÜNYA

    12:24 8 aprel 2019

Ərdoğan İstanbulda səslərin təkrar sayılmasına münasibət bildirib

“Yalnız bir neçə seçki məntəqəsində yox, demək olar ki, İstanbulun bütün seçki məntəqələrində saxtakarlıq olub”.

ONA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, seçki qutularından bülletenlər oğurlanıb.

“Qanunsuzluqlarla bağlı prokurorluqlara müraciətlər olub. Prokurorluq orqanları müraciətləri araşdıracaq. Arzu edirəm ki, ən ideal nəticəni ortaya qoya bilək. Mütəşəkkil cinayətlərin işləndiyini görürük. Kamera görüntüləri var. Heç kimin 13-14 min səs fərqi ilə “İstanbulda bələdiyyə seçkisində qalib gəldim” demək haqqı yoxdur”, - deyə o əlavə edib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR