• DÜNYA

    18:40 17 mart 2022

Ərdoğan Putin-Zelenski görüşü üçün İstanbul və Ankaranı təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Liderlər Ukrayna ətrafındakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində son vəziyyəti və humanitar məsələləri müzakirə ediblər. Ərdoğan, atəşkəs elan olunacağı təqdirdə, davamlı həll yolunun mümkünlüyünü Putinin diqqətinə çatdırıb.

O, bəzi məsələlərdə uzlaşmaq üçün liderlər səviyyəsində görüşün əhəmiyyətinə toxunub və Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul edə biləcəklərini bir daha vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR