Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılmasından sonra Rusiya ilə birgə S-500 zenit-raket komplekslərinin istehsalının mümkün olacağını deyib.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, o belə bir açıqlamanı İstanbulda gənclərlə görüşü zamanı verib.
“S-400 razılaşması bitib. Razılığa əsasən, tədarük iyulda başlamalıdır, bəlkə də daha tez. Rusiya bizə çox yaxşı təklif irəli sürüb. Bundan sonra S-400 kimi S-500 komplekslərinin də birgə şəkildə istehsalı söhbət mövzusudur”, - Ərdoğan belə deyib.
Onun sözlərinə görə, ABŞ da Türkiyəyə 5 ədəd F-35 təyyarəsi verib, onların pilotları hazırda ABŞ-da təlim keçirlər. Prezident əminliklə vurğulayıb ki, Vaşinqton tərəfi F-35 proqramı çərçivəsində Ankara qarşısında bütün öhdəliklərini yerinə yetirəcək.