• DÜNYA

    14:44 5 sentyabr 2023

Ərdoğan: Rusiya-Ukrayna müharibəsində sülhə dair ümidverici bir mənzərə yoxdur

Rusiya və Ukrayna arasında müharibədə sülhə dair ümidverici bir mənzərə yoxdur.

ONA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşlə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Ərdoğan Soçidən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Türkiyənin Ukraynada davam edən müharibə ilə bağlı mövqeyinin bəlli olduğunu söyləyib: “İlk gündən sülhü, dialoqu və diplomatiyanı dəstəklədik, daha çox qan tökülməməsinin qarşısını almaq üçün ciddi cəhdlər etdik. Təəssüf ki, müharibə il yarımdır davam edir. Üfüqdə sülhə dair ümidverici bir mənzərə yoxdur. Türkiyə olaraq, dünən olduğu kimi, bu gün də müharibənin qalibi, sülhün məğlubu olmaz dedik, tərəflər istədiyində üzərimizə düşəni etməyə hazır olduğumuzu bir daha diqqətə çatdırdıq.

Əsir mübadiləsi, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələlərdə olduğu kimi yardımçı rolumuzu davam etdirəcəyik. İstəyimiz iki qonşumuza və bölgəyə zərər verən müharibənin beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhlə bitməsidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR