Türkiyədə keçirilən bələdiyyə seçkilərində əhalilinin yüksək iştirak göstəriciləri dünyaya bir demokratiya dərsidir.
ONA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdöğan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, seçkilər yekunlaşıb və şikayətlərin baxılması hüquqi prosesi gedir:
“Əhalini seçkilərdə iştirakı 83% təşkil edib. Bu dünyaya bir demokratiya dərsidir və Qərbin bizim daxili işlərə qarışması qəbul olunmazdı”.
Qeyd edək ki, seçkilərlə bağlı yekun nəticələr yaxın günlərdə açıqlanacaq.