"Türkiyənin Suriya ilə sərhədində təhlükəsiz ərazi yaradılarsa, o, Türkiyənin nəzarətində olmalıdır".
ONA xəbər verir ki, bunu “CNN Türk”-ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan ABŞ-a səfər edə biləcəyini və ya ABŞ prezidenti Donald Trampın 31 mart seçkilərindən sonra Türkiyəyə gələ biləcəyini istisna etməyib. O, Trampla yaxşı əlaqələrə malik olduğunu da vurğulayıb.
R.T.Ərdoğan Türkiyə-Misir əlaqələrinə toxunaraq, Misirdə 42 insanın edam olunmasını qəbuledilməz adlandırıb. O, həmçinin Misir prezidenti Əbdül Fəttah əl-Sisiyə eyham vuraraq, belə bir insanla heç vaxt görüşməyəcəyini bildirib.