Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk qoşunlarının Liviyaya göndərilməsinə başlanıldığını açıqlayıb.
APA xəbər verir ki, Türkiyə lideri bu barədə “CNN Türk” telekanalı vasitəsilə bildirib.
“Hərbçilərimizin tapşırıqlarına koordinasiya hərəkətləri daxildir. Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının mütəmadi olaraq göndərilməsinə başlanılıb”, - Ərdoğan belə deyib.
Prezident ancaq Türkiyə qoşunlarının artıq Liviyada olub-olmaması barədə heç nə deməyib.