Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı olub.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, söhbətdə Ərdoğan Suriya rejiminin İdlibin cənubunda dinc insanları hədəfə almasının və insan itkisinin qarşısının alınması məqsədilə tədbirlər görüldüyünü bildirib. Türkiyə prezidenti eləcə də Türkiyə sərhədləri istiqmətinə köç artımına qarşı mübarizə aparmaq üçün bu addımın atıldığını deyib.
İdlibdə qısa müddətdə atəşkəsin elan olunması və ardınca da siyasi həll yollarına yenidən baxılmasının önəmli olduğunu qeyd edən Ərdoğan Yaponiyada G20 zirvəsində Putinlə prosesin gedişatını bir daha dəyərləndirmənin vacibliyini vurğulayıb.