• DÜNYA

    00:17 2 fevral 2021

Ərdoğan: “Yeni konstitusiyanın hazırlanması üçün fəaliyyətə keçə bilərik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində yeni konstitusiyanın hazırlanmasına ehtiyac olduğunu bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında Ərdoğan bu fikirləri bildirib.

Prezident deyib ki, yeni konstitusiyanın təsis olunması ictimaiyyətin nəzarəti altında, müvafiq qurum təmsilçilərinin iştirakı ilə müzakirə olunmalı və hazırlanmalıdır: “Fikrimcə, ölkəmizdə yeni bir konstitusiya müzakirəsi başlamalıdır. Cumhur İttifakındakı müttəfiqimizlə razılaşsaq yeni konstitusiyanın hazırlanması üçün fəaliyyətə başlaya bilərik”.

Türkiyənin Ədliyyə naziri Abdulhəmid Gül də Ərdoğanın çıxışından sonra bildirib ki, yeni, sivil, demokratik konstitusiyanı həyata keçirmək Türkiyənin gələcəyi olan gənc nəslə ən dəyərli miras olacağını düşünür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR