• DÜNYA

    20:02 24 mart 2021

Ərdoğan yenidən AKP sədri seçilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.

APA-nın xəbərinə görə, paytaxt Ankaranın İdman Kompleksində keçirilən qurultayda AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Bir sıra önəmli məsələlərə toxunan prezident çıxışı zamanı yeni konstitusiya üzərində işlərlə bağlı da vacib mesajlar verib.

Son iki əsrdə öz daxili problemləri ilə ölkəsini köklü dəyişikliklərdən kənarda saxlayanların yenə də eyni fikirdə olduğunu deyən Ərdoğan bildirib ki, onlar bu dəfə də məqsədlərinə çata bilməyəcəklər: “Çünki bu dəfə fərqli bir Türkiyə var”.

Ərdoğan qeyd edib ki, Türkiyə epidemiya səbəbi ilə tənəzzülə girsə də, gələcəyin ən böyük hava yolu nəqliyyat infrastrukturuna sahib ölkə olaraq dünyada ilk sıralarda yer alacaq.

Türkiyə prezidenti xarici siyasət haqqında çıxışı zamanı Suriya məsələsinə də toxunub: ”Suriya Suriyanın idarə etdiyi bir yerə çevrilənə qədər səylərimizi davam etdirəcəyik və Suriya xalqının yanında olacağıq. Bu gün Türkiyənin verdiyi dəstək sayəsində Liviya yenidən gələcəyinə ümidlə baxa, demokratik prosesləri həyata keçirə bilir”.

Qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.

Səsvermədə 1428 nəfər qurultay nümayəndəsi iştirak edib.

Ərdağan 1428 səsin hamısını alaraq yenidən AKP sədri olub.

Bundan başqa, partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə qaldırılıb və 75 nəfərlik yeni tərkib təsdiqlənib.

Heyət üzvlərindən 19 nəfəri qadın olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR