• DÜNYA

    19:09 18 avqust 2022

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş olub

Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş təxminən 40 dəqiqə davam edib.

Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə edib.

***

18:06

Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başlayıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR