• DÜNYA

    13:27 19 avqust 2022

Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüşməyi təklif edib

Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye AES-dəki bütün minaları təmizləsin. Çünki bu bir təhlükədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, dünya sülhü üçün mühüm addım olaraq, Rusiya lideri ilə danışığı zaman bu məsələni müzakirə edəcək: “Rusiya bu istiqamətdə üzərinə düşəni etməlidir, biz bunu xüsusilə xahiş edəcəyik”.

Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin diplomatiya yolu ilə bitməsi üçün səylərini davam etdirəcək.

Bundan başqa, Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini söyləyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR