Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniyanın Naş Naziri Angela Merkel arasında telefon danışığı olub.
APA-nın Türkiyə bürosunun "Hürriyet" qəzetinə istinadla xəbərinə görə, hər iki lider ABŞ-la İran arasındakı gərginlik, Liviya və Suriya başda olmaqla regional və beynəlxalq əlaqələr mövzusunda müzakirələr aparıblar.
Qeyd edək ki, Ərdoğanla Merkel arasında Liviya, Suriya mövzusunda yanvarın 6-da da telefon söhbəti olub.