Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri Yəmənin paytaxtı Səna şəhərində husilərə məxsus mövqelərə zərbələr endirib.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, koalisiya qüvvələri, həmçinin Sənanın şimalında yerləşən əl-Dulaimi aviabazasındakı silah anbarlarını da hədəfə alıb.
İtkilər barədə hələlik bir məlumat verilməyib.