Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin şimalında Hodeyda şəhərində “hərbi hədəflər”ə qarşı əməliyyatlara başladığını elan edib.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, koalisiya mülki vətəndaşları hədəfə alınmış obyektlərdən uzaq qaçmağa çağırıb.
Yəməndə hökumət və “Ənsar Allah” hərəkatından olan husi üsyançıları arasında hərbi-siyasi qarşıdurma 2014-cü ildən bəri davam edir. 2015-ci ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin hərbi koalisiyası hökumət tərəfindən mübarizə aparır.