Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya Yəmənin paytaxtı Sanada yerləşən qiyamçı-husilərin mövqelərinə hava zərbələri endirib.
ONA TASS-a istinadən xəbər verir ki, zərbələr nəticəsində insan tələfatı və dağıntıların olduğu bildirilir.
Koalisiya husilərin hərbi bazalarına və nəqliyyat vasitələrinə hücum edib, 2 hərbi yük maşını məhv edilib.