Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.
ONA-nın "armeniasputnik.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.
Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.