• DÜNYA

    14:20 27 mart 2019

Rusiyada erməni iş adamı qətlə yetirilib

Erməni iş adamı Rusiyada qətlə yetirilib.

ONA News.am-a istinadən xəbər verir ki, “Sotsstroy” tikinti şirkətinin baş direktoru Mqer Saracyan Moskvanın Putilkovo kəndində yerləşən evində ölü tapılıb.

Bildirilir ki, 34 yaşlı iş adamının meyiti bazar ertəsi axşam radələrində tapılıb. Ölüm səbəbi kimi çoxsaylı bıçaq yaraları göstərilir. Cinayət yerindən 5 mətbəx bıçağı götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “Sotsstroy” şirkəti yaşayış evlərinin tikintisi ilə məşğuldur.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR