• DÜNYA

    10:49 28 dekabr 2020

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxt İrəvanda parlamentin binası qarşısında etiraz aksiyası keçirirlər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, əraziyə cəlb olunan polis əməkdaşları parlamentin girişini mühasirəyə alıblar.


Xatırladaq ki, artıq uzun zamandır paytaxt İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif regionlarında müxalifətin mitinqləri keçirilir, etirazçılar Qarabağda atəşkəsə dair üçtərəfli bəyanatı imzaladığı üçün N. Paşinyanın istefasını tələb edirlər. Müxalif qüvvələr Baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli sürüblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR