• DÜNYA

    14:49 22 yanvar 2023

Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

Yanvarın 23-25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.

ONA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN sözçüsü "Facebook"da paylaşım edib.

Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.

Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri ilə də görüşəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR